Azərbaycan nefti 56 dollardan baha satılır

Azərbaycan nefti 56 dollardan baha satılır
  13 Yanvar 2021    Oxunub:1853
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar artaraq 57,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,57 dollar bahalaşaraq 53,78 dollar olub.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 ABŞ dolları və ya 2,07% artaraq 56,82 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti