Türkiyə və Pakistanla iqtisadi əlaqələrimiz genişlənir

Türkiyə və Pakistanla iqtisadi əlaqələrimiz genişlənir
  14 Yanvar 2021    Oxunub:1715
Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geosiyasi əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək.
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, ümumi nominal ÜDM-i 1 tirlyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir.

"Digər tərəfdən, 743 milyard dollar ÜDM ilə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər. Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir. Hazırda Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.5 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 14.8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir.

Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, sözügedən ölkə şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar", - deyə deputat vurğulayıb.

Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Pakistan  





Xəbər lenti