Sahibkarlara 127 milyon manatadək güzəştli kredit verilib

Sahibkarlara 127 milyon manatadək güzəştli kredit verilib
  15 Yanvar 2021    Oxunub:1536
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ötən illərdə olduğu kimi, 2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, keçən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan verir.

2020-ci ildə güzəştli kreditlərin 58 faizi aqrar sektorun, 42 faizi sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79 faizi regionların, 21 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Sahibkarların güzəştli kreditləşdirilməsi bu il də davam etdiriləcək.

Azvision.az


Teqlər: Kredit  





Xəbər lenti