İki piyadanı maşın vurdu, biri öldü

İki piyadanı maşın vurdu, biri öldü
  27 Mart 2021    Oxunub:1816
Şahbuz rayonunda bir piyadanın ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, rayonun Daylaqlı kəndi ərazisində Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub. Nəticədə E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şahbuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti