Stadiondan 33 500 manatlıq oğurluq olub

Stadiondan 33 500 manatlıq oğurluq olub
  29 Mart 2021    Oxunub:1587
Lənkəran rayonunda stadiondan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki stadiondan dəyəri 33 500 manat olan kabelləri oğurlamaqda şübhəli bilinən rayonun Sütəmurdov kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Lənkəran   Oğurluq  





Xəbər lenti