Lənkəranda oğurluq edən dəstə ələ keçdi

Lənkəranda oğurluq edən dəstə ələ keçdi
  31 Mart 2021    Oxunub:1618
Ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, martın 23-də Lənkəran rayonunun Hirkan qəsəbəsində yerləşən bir mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pulun, həmçinin həmin mağazada yerləşən ödəmə terminalından 1910 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.



Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev və Zabir Hüseynzadə saxlanılıblar və törətdikləri əməli etiraf ediblər. Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Astara rayonun ərazisindəki 1 “Kapital Bank” və 1 “MilliÖn” ödəmə terminalından və 2 mağazadan ümumilikdə 22099 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib.

Oğurlanmış pul və danışıq karltarı onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Lənkəran   Oğurluq   Dəstə  





Xəbər lenti