“YAŞAT” daha 2 şəhidin övladına hesab açır - FOTO

 “YAŞAT” daha 2 şəhidin övladına hesab açır -  FOTO
  02 Aprel 2021    Oxunub:2141
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
"YAŞAT" Fondundan Azvision.az -a verilən məlumata görə, daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Orxan Bəxtiyarovun Gəncə şəhərində doğulan övladı Nəfəsin, şəhidimiz Qəzənfər Mütəllimovun Sumqayıt şəhərində doğulan övladı Nişanənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.



Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidlərimizə rəhmət etsin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.





Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti