Bəxtiyar Hacıyev Emin Milliyə: “Ayıb olsun”
O cavab statunda bildirib:
“Erkin Qədirli avtoritar dövlət qurmağı təklif edir, Ermənistanın prezidentini ciddi olaraq öldürməyi təklif edir. Bəxtiyar Hacıyev isə ölüm hökmünün tərəfdarı olduğunu deyir. Özlərini Obama ilə, İsrail ilə müqayissə edirlər. Onlar edib, biz də edək. Bu artiq siyasət deyil, bu məsuliyyətsiz, pafoslu demoqoqiyadır. Azərbaycan bu addımları atsa çox yüksək qiymət ödəməli olacaq və bunu Azərabycan xalqı ödəməli olacaq, bu siyasətçilər yox. Bizim özümüzü İsrail və Amerika ilə müqayyisə etməyimiz sadəcə gülüncdür. Bu kompyuter oyunu bitməlidir. Bunlara imkan versən faşist bir rejim də qurarlar,vendettanı qanun kimi də qəbul edərlər. Söndürün bu kompyuter oyununu”.
Bəxtiyar Hacıyevin isə Emin Milliyə cavabı belə olub :” Emin Milli, "ölüm hökmünün tərəfdarıyam" demək üçün ağlım da, bacarığım da səndən əksik deyil. Demək istəsəm, deyərəm. Sən deyəsən mənim ədalətlə bağlı suallarımı yanlış istiqamətləndirərək öz fürsətcil, çirkin kampaniyanı davam etdirmək niyyətindəsən. Əvvəlcə Hafiz Hacıyevlə qohumluğu MeydanTV-də qabartdın, indi də sözlərimi təhrif etməyə çalışırsan. Ayıb olsun”- deyə E. Milliyə etirazını bildirib.
AzVision.az