Muzdla çalışanların orta aylıq əməkhaqqı azalıb

Muzdla çalışanların orta aylıq əməkhaqqı azalıb
  20 May 2021    Oxunub:727
Birinci rübdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3237,8 manat, qeyri-neft-qaz sektorunda 660,4 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 634,6 manat, özəl müəssisələrdə isə 810 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti