Kürdə yararsız 20 taxta qayıq aşkar edilib

Kürdə yararsız 20 taxta qayıq aşkar edilib
  03 İyul 2021    Oxunub:1205
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Nazirliyin Muğan Regional Mərkəzi ilə birgə iyulun 2-də Neftçala rayonunun Kürkənd kəndinin Kür çayı sahilində təhlükəsiz istismar qaydalarının tələblərini pozan kiçikhəcmli gəmiləri aşkar etmək məqsədilə monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Neftçala rayonunun Kürkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları da iştirak ediblər.

Monitorinq zamanı Kür çayı sahilində kustar qaydada inşa edilmiş və istismara yararsız 20 ədəd sahibsiz taxta qayıq aşkar edilib. Aşkar olunmuş qayıqlarla Kür çayında insanların daşınmasının təhlükəli olduğu və qanunvericiliklə bu tip yararsız qayıqların istismarının qadağan olunduğu nəzərə alınaraq, insanların sularda təhlükəsizliyinin təmin olunması məqsədilə istismara yararsız həmin qayıqların ərazidən kənarlaşdırılmaqla istismardan çıxarılması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Azvision.az



Teqlər: Kür   Qayıq  





Xəbər lenti