Prokurorluqdan ər və arvadın ölümü ilə bağlı açıqlama

Prokurorluqdan ər və arvadın ölümü ilə bağlı açıqlama
  05 İyul 2021    Oxunub:1442
İyulun 3-ü saat 18 radələrində Göyçay rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyyəsinə atəş açaraq özünü öldürüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Azvision.az


Teqlər: Göyçay  





Xəbər lenti