Ukrayna martın 21-də Avropa Birliyi ilə müqavilə imzalayacaq
Ukrayna telekanallarından birinin efirində qonaq olan baş nazir Arseni Yasenyuk bu barədə məlumat verib.
“Mənim Avropa Birliyinin Şura sədri Herman van Rompeylə söhbətim oldu. Razılaşdıq ki, Avropa Birliyinin martın 21-də keçiriləcək sammitində Ukrayna və Avropa Birliyi arasında assosiativ üzvlük barədə razılaşma imzalanacaq”-deyə Yasenyuk məlumat verib.
O əlavə edib ki, razılaşmanın iqtisadi tərəfi əlavə konsultasiyalardan sonra imzalanacaq. Əsas problem kimi Rusiya ilə iqtisadi münasibətlərin pisləşmə ehtimalını göstərib.
Arseni Yasenyukun sözlərinə görə, Avropa Birliyi birtərəfli qaydada Ukrayna mallarının birlik bazarlarına buraxılmasına razı olub.
Bu isə Ukrayna iqtisadiyyatına və biznesinə əlavə 400 milyon dollar pul qazandıracaq.
Vüqar İsmayılov
Teqlər: