Sabahdan 1 həftə iş olmayacaq

Sabahdan 1 həftə iş olmayacaq
  19 Mart 2014    Oxunub:1270
Sabahdan başlayaraq Azərbaycanda bir həftə qeyri-iş günü olacaq.

AzVision.az xəbər verir ki, Nazirlər kabinetinin rəsmi qərarına əsasən, “Novruz” bayramı ilə əlaqədar dövlət qurumlarında martın 20-dən başlayaraq ayın 27-dək iş olmayacaq.

Belə ki, bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq. Rəsmi iş günü martın 27-dən başlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti