Aeroport yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata əsasən, Aeroport şosesində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 18:00-a qədər Mərdəkan yol qovşağından Hava Limanı yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən (2 zolaqda) məhdudlaşdırılacaq.