AFFA 4 klubu cəzalandırıb
-1733578577.jpg)
“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.
"Araz-Naxçıvan" da eyni məbləğdə cərimələnib. Buna fevralın 22-də baş tutan "Səbail"lə matçda 5 futbolçunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.
"Şamaxı" - "Turan Tovuz" matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimə olunub.
"Qarabağ" isə "Sabah"la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat ziyana düşüb.
AzVision.az
Teqlər: