Böyük Britaniya müdafiə xərclərini artırır

Böyük Britaniya müdafiə xərclərini artırır
  25 Fevral 2025    Oxunub:5056
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinə çatdırılacağını elan edib.

AzVision.az xəbər verir ki, o, bu barədə Britaniya Parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib. “Biz müdafiəyə ÜDM-in 2,5 faizini ayırmaq öhdəliyimizi yerinə yetirəcəyik, lakin bunu daha erkən həyata keçirərək 2027-ci ilə qədər bu səviyyəyə çatacağıq. Bu göstəricini bu parlament dönəmi boyunca qoruyacağıq”,- deyə o bildirib. Baş nazir əlavə edib ki, bu, 2027-ci ildən etibarən hər il müdafiəyə əlavə 13,4 milyard funt sterlinq xərclənməsi deməkdir.

Kir Starmer bildirib ki, müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün xarici yardım büdcəsi azaldılacaq.

Baş nazir vurğulayıb ki, indiki dövr Britaniyanın birliyini tələb edir və təhlükəsizliyi təmin etmək üçün bütün resursları səfərbər etmək lazımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti