Fransalı kino ulduzu Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır

Fransalı kino ulduzu Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır
  01 Mart 2025    Oxunub:472
Fransalı kino ulduzu Jerar Depardye Rusiya Kinematoqrafçılar İttifaqından xaric edilə bilər.
Bu barədə aktyorun nümayəndəsi Arno Frille məlumat yayıb.

Onun sözlərinə görə, fransız aktyor ittifaqa üzvlük haqqına görə yeddi il üçün 9.5 min rubl (185 manat) borclu qalıb.

"Depardye Klim Lavrentyevin xahişi ilə üzvlüyə razılaşıb. Bu, onun üçün yox, İttifaqın nüfuzu üçün edilmişdi. Çünki ona həqiqətən bu lazım deyildi. Bir neçə il sonra isə Klim mənimlə əlaqə saxlayıb dedi ki, Jerar bütün bu illər üçün üzvlük haqqını ödəməlidir", - deyə aktyorun nümayəndəsi izah edib.
AzVision.az



Teqlər:





Xəbər lenti