Daha 4 faydalı qazıntı yatağı hərraca cıxarılır

Daha 4 faydalı qazıntı yatağı hərraca cıxarılır
  18 Noyabr 2021    Oxunub:1477
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboyda olan “Yuxarı Ağcakənd” gips-anhidrid yatağının 5 hektar sahəsi, “Qarasuçay” qum-çınqıl yatağının 33 hektar sahəsi, İsmayıllı rayonunda yerləşən “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək. İddiaçılar əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün xidmət haqqı və beh ödəməlidir. Prosesdə həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər.

Hərrac elanı ilə ƏMDX-nın saytında (https://bit.ly/3nh7H6S) və Özəlləşdirmə portalında (https://bit.ly/3nhXkQi) tanış olmaq mümkündür.

Xatırladaq ki, bu il 12 faydalı qazıntı yatağı hərrac qaydasında istifadəyə verilib.

AzVision.az



Teqlər: İqtisadiyyat  





Xəbər lenti