Tokioda neftin qiyməti rekord bahalaşıb

   Tokioda neftin qiyməti rekord bahalaşıb
  24 Noyabr 2021    Oxunub:1013
Tokio Fond Birjasında neftin qiyməti ABŞ, Yaponiya və bir sıra digər ölkələrin bazarı sabitləşdirmək üçün strateji ehtiyatlardan xam neftin bir hissəsini satmaq qərarı fonunda iki həftənin ən yüksək səviyyəsinə yüksəlib.
AzVision.az xəbər verir ki, gələn ilin aprelində tədarük edilən bir kilolitr (təxminən 6,289 barel) Dubay nefti hazırda 55 040 yen (cari məzənnə ilə 477 ABŞ dolları) təşkil edir ki, bu da bazar ertəsi ilə müqayisədə təxminən 26 ABŞ dolları bahadır. Hazırda Tokioda neftin qiyməti noyabrın 11-dən bəri ən yüksək həddə çatıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Tokio   Birja  





Xəbər lenti