Jefferies: Neftin qiyməti 150 dollara qalxa bilər

      Jefferies:    Neftin qiyməti 150 dollara qalxa bilər
  02 Dekabr 2021    Oxunub:933
Yeni növ koronavirus infeksiyası ilə bağlı tətəbiq edilən əsas məhdudiyyətlərin götürülməsi şərti ilə neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələ bilər.

AzVision.az -ın məlumatına görə, bu barədə CNBC-yə “Jefferies” investisiya bankının analitiki Kristofer Vud bildirib.
Analitik hesab edir ki, koronavirusun yeni variantının ortaya çıxması neftin qiymətinin qalxmasını uzun müddət dayandıra bilməyəcək. M

Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra xammalın qiyməti çoxillik zirvələrə qalxacaq: “Çin də daxil olmaqla Asiyanın əksər hissəsinin faktiki olaraq qapalı qaldığı bir vaxtda neftin bir barelinin dəyəri 80 dolları ötüb. Məhdudiyyətsiz dünyada qiymət 150 dollara qədər qalxa bilər. Qiymətlərin hazırkı səviyyəsi ilə müqayisədə neft 100%-dən çox bahalaşacaq. Həmçinin yanacağın qiymətinin qalxması onunla əlaqələndiriləcək ki, indi neftə heç kim investisiya qoymur, amma yenə də hamı onu istehlak edir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Neft  





Xəbər lenti