Turizm bələdçilərinin reyestri aparılacaq

   Turizm bələdçilərinin reyestri aparılacaq
  07 Dekabr 2021    Oxunub:879
Turizm bələdçiliyi çox vacib peşədir və turizm zəncirinin əsas halqalarındandır. Ölkənin tarixi, irsi haqqında ilkin məlumat verən bələdçilərdir və bu sahədə peşəkar kadrlara ehtiyac var.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, turizm bələdçilərinin peşə hazırlığını yüksəltmək üçün turizm bələdçilərinin sertifikatlaşdırma orqanı yaradılıb:

"Bu orqan bələdçilərin təlim və sertifikatlaşdırılmasını həyata keçirəcək. Proses akkreditasiya sisteminə uyğun aparılacaq. Turizm bələdçilərinin beynəlxalq standartlara uyğun hazırlanması ölkənin təbliği baxımından mühüm addım olacaq. Məlumdur ki, turizm haqqında yeni qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub. Yeni qanun layihəsində turizm bələdçilərinin hüquqi məsələsi də əksini tapıb".

Sədr əlavə edib ki, turizm bələdçilərinin reyestri aparılacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm   Bələdçi  





Xəbər lenti