Bərə körpülərinin illik yükdaşıma qabiliyyəti 6,2 milyon tondur

Bərə körpülərinin illik yükdaşıma qabiliyyəti 6,2 milyon tondur
  07 Dekabr 2021    Oxunub:1188
"Bərə körpülərinin illik yükdaşıma qabiliyyəti 6,2 milyon tondur. Bərə körpülərindən Qazaxıstan və Türkmənistan istiqamətində gəmilərimiz hərəkət edir".
Bunu AzVision.az -a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Ro-Ro və Bərə terminalı rəisi Kamran Cəlili deyib.

Terminal rəisi bildirib ki, bu körpülərdə yer alan gəmilər 52 və 54 vaqon götürmə qabiliyyətinə malikdir: "Bundan əlavə gəmilərə tırlar, qoşqular və minik maşınları da yükləmək mümkündür. Bu gəmilərlə həmçinin Qazaxıstan və Türkmənistan istiqamətində sərnişinlər də daşınır".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti