Turizm Agentliyi Türkiyədə fiziki ofis açmağı planlaşdırır

   Turizm Agentliyi Türkiyədə fiziki ofis açmağı planlaşdırır
  07 Dekabr 2021    Oxunub:846
2022-ci il üçün Dövlət Turizm Agentliyi Türkiyədə fiziki ofis açmağı planlaşdırır. Bu ofis Agentliyin Türkiyə ilə bağlı işlərini həyata keçirməyə və işlərini sürətləndirməyə yardım edəcək.
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Turizm Bürosunun Avropa bazarı üzrə meneceri Xədicə Nəsirova deyib. O bildirib ki, yeni ofisin əsas işi, Türkiyə ilə strateji əməkdaşlığı genişləndirmək, müxtəlif şirkətlər və təşkilatlarla işbirliyində layihələr həyata keçirmək, Azərbaycanın təbliğat və təşviqatında əhəmiyyətli istiqamətləri göstərmək olacaq:

"Türkiyə ilə əməkdaşlıq yalnız biznesə yönəlmiş deyil, eyni zamanda istehlakçıya da yönəlmiş olacaq. Türkiyədəki müxtəlif qurumlar və şirkətlərlə əməkdaşlıq və reklam zamanı yalnız Bakı deyil, digər regionlar, eyni zamanda qardaş ölkənin marağında olan işğaldan azad olunmuş ərazilərin vurğulanmasına əsas diqqət yetiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm   Türkiyə  





Xəbər lenti