Əlilliyi olan şəxslərə ödənişlər 736 milyon artıb

Əlilliyi olan şəxslərə ödənişlər 736 milyon artıb
  07 Dekabr 2021    Oxunub:791
Əlilliyi olan şəxslərə pensiya və ya müavinət, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. Bütün bu ödənişlər üzrə illik xərclər 2018-2021-ci illərdə 65 faiz və ya 736 milyon manat artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AzVision.az -a verilən məlumata görə, illik xərclərdə əlilliyə görə pensiyalar üzrə 44 faiz, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54 faiz artıb.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti