Bu il ölkəyə gələn turistlərin sayı 38,2 faiz azalıb

   Bu il ölkəyə gələn turistlərin sayı 38,2 faiz azalıb
  09 Dekabr 2021    Oxunub:1101
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23,1 % azalaraq 491,1 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankından AzVision.az -a verilən məlumata görə, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (367,4 milyon ABŞ dolları) ixracı (123,7 milyon ABŞ dolları) üstələməsi nəticəsində 243,7 milyon ABŞ dolları həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24,7 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38,2 % azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 367,4 milyon ABŞ dolları olub. Bunun 88,5 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Yanvar-sentyabr qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3,4 dəfə azalaraq 6 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 37,3 % artaraq 668 milyon ABŞ dolları olub.

AzVision.az



Teqlər: Turizm  





Xəbər lenti