Neft Fondunun büdcəsi Prezidentə təqdim edilib

Neft Fondunun büdcəsi Prezidentə təqdim edilib
  13 Dekabr 2021    Oxunub:1192
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, dekabrın 13-də ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.

Yığıncaqda Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

AzVision.az


Teqlər: ARDNF  





Xəbər lenti