Azərbaycanın qeyri-neft ixracı 45% artıb

   Azərbaycanın qeyri-neft ixracı 45% artıb
  14 Dekabr 2021    Oxunub:1096
“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 45% artıb”.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda bildirib.

Bundan başqa, sözlərinə görə, ölkəyə xarici investisiyaların cəlb edilməsi sahəsində də vəziyyət yaxşılaşıb: “Xarici investisiya cəlbi 2019-cu ulin göstəricilərinə yaxınlaşıb. Bu baxımdan bu gün keçirilən forumun çox böyük əhəmiyyəti var”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nəft  





Xəbər lenti