Sumqayıta gedən yol genişləndirilir

Sumqayıta gedən yol genişləndirilir
  14 Dekabr 2021    Oxunub:1257
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunu genişləndirir.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək. Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.



Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb. Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

AzVision.az


Teqlər: Yol  





Xəbər lenti