Azərbaycanlı rusiyalı kapitanı öldürdü- Moskva qarışdı

Azərbaycanlı rusiyalı kapitanı öldürdü- Moskva qarışdı
  06 Aprel 2014    Oxunub:1079
Moskva milisi bu gecə seriya qətllərdə şübhəli bilinən 3 azərbaycanlının və bir beloruslunun yaxalanması məqsədilə əməliyyat keçirib.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, cinayətkar dəstə təslim olmaq istəmədiyindən əməliyyat itkisiz ötüşməyib. Kapitan Sergey Jadobkin aldığı güllə yarasından hadisə yerində keçinib.
Kapitanın 48 yaşlı Mirzə Sarıyev tərəfindən öldürüldüyü ehtimal edilir. Onun oğurluqda şübhəli bilindiyi və axtarışda olduğu bildirilir. Kapitan Jadobkin cinayətkarı binanın girişində saxlamaq istəyib. Qonşuların sözlərinə görə, ucadan danışanların səsləri eşidilsə də, güllə səsi eşitməyiblər.


Teqlər:





Xəbər lenti