Daha 14 iranlı məhbus ölkəsinə qaytarıldı

Daha 14 iranlı məhbus ölkəsinə qaytarıldı
  06 Aprel 2014    Oxunub:1000
Azərbaycanda cəza çəkən daha 14 İran vətəndaşı ölkəsinə qaytarılıb.
Bü gün Azərbaycan həbsxanalarında cəza çəkən daha 14 İran vətəndaşı Astara keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib.

Məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub. AzVision.az xəbər verir ki, bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.

M.Molayi deyib ki, bu gün İrana qaytarılan məhbuslar narkotik maddələrin daşınması və istifadəsi ittihamı ilə həbs olunublar və onlar həbslərinin qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.

M.Molayi əlavə edib ki, aidiyyatı qurumlarla razılaşdırılıb ki, Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbus yaxın günlərdə İrana qaytarılsın.

Qeyd edək ki, İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında Novruz bayramı münasibəti ilə mart ayının 20-də Azərbaycan həbsxanalarında cəza çəkən 11 İran vətəndaşı Astara keçid məntəqəsindən İrana qaytarılıb.

Konsul onu da əlavə edib ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 200-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasına görə həbs olunub.


Teqlər:  





Xəbər lenti