`Gələcək sağlam gənclərdən ibarət olmalıdır`

`Gələcək sağlam gənclərdən ibarət olmalıdır`
  09 Aprel 2014    Oxunub:1172
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və HB Co.LTD –nin birgə təşkilatçılığı ilə Binəqədi rayonu üzrə orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar – müsabiqəyə start verilib.
Seminar-müsabiqə çərçivəsində ilk açılış tədbiri Binəqədi rayonu 276 saylı orta məktəbdə keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov qonaqları təqdim edib, tədbirlər çərçivəsində Binəqədi rayonu üzrə 32 məktəbi əhatə edəcək 7 seminarın keçiriləcəyini bildirib, tütün, alkoqol və digər zərərli vərdişlərin gənclərin sağlamlığına müxtəlif dərəcəli ziyan vurduğunu qeyd edib.

Tədbirdə çıxış edən Narkomaniyaya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov dövlət tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb, narkomaniyanın böyük bəla olduğunu və bu istiqamətdə respublikamızda Dövlət Proqramının qəbul edildiyindən və icrasından danışıb.

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov gənclərin asudə vaxtının səmərəli təşkilinin vacibliyini qeyd edib, gəncləri tütün, alkoqolı və digər zərəli vərdişlərdən uzaq olmağa və daha çox yaradıcılıqla məşğul olmağa səsləyib. O gəncliyin sağlam əsaslar üzərində böyüməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Binəqədi rayou üzrə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva bildirib ki, baxmayaraq dünya miqyasında narkotiklərin qarşısının alınmasına milyonlarla dollar vəsait xərclənir, bu bəlaya düçar olan şəxslərin sayı artır. Gələcəyin sağlam gənclərdən ibarət olmasının vacibliyini qeyd edən Aygün Əliyeva qeyd edib ki, narkomaniya, tütün və alkoqola aludəçiliyin qarşısının alınması işinə təkcə dövlət deyil, eləcə də cəmiyyət və bütün sosial institutlar öz töhfələrini verməlidirlər.


Teqlər:





Xəbər lenti