Agentlik rəhbərləri İspaniyada toplaşıb

Agentlik rəhbərləri İspaniyada toplaşıb
  11 Aprel 2014    Oxunub:1305
İspaniyanın paytaxtı Madriddə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Yeni tərəfdaşlıqlar və əməkdaşlıqlar üçün xəbər məzmunu” mövzusunda növbəti konfransı keçirilir.
Xəbər agentlikləri rəhbərlərinin qatıldığı konfransda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov iştirak edir.

Konfransın birinci iş gününün sonuncu hissəsində Belçikanın BELGA agentliyi özünün xəbər və kontent ekosistemi, Norveçin NTB agentliyi canlı multimedia və videoxəbər təcrübəsi, Globallynx şirkəti media təşkilatları ilə universitetlər arasında əlaqə qurmaq üçün yeni sistemlər və Türkiyənin Anadolu Xəbər Agentliyi sosial mediada tətbiq etdikləri yeni proqramlar barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda xəbər agentliklərində tətbiq olunan texnologiyalar, videoxəbərlərin yayımındakı son nailiyyətlər barədə ətraflı məlumat verilmiş, həmçinin rəqəmsal medianın sürətli inkişafı fonunda ənənəvi mətbuatın qarşılaşdığı problemlərdən danışılıb.

Aprelin 10-da “MINDS İnternational” təşkilatının 17-ci konfransı keçirilib. Konfransda EANA-nın üzvü olan agentliklərin rəhbərləri iştirak ediblər. Böyük Britaniyanın “Press Association” agentliyinin Baş direktoru Kliv Marşal və Avstriyanın APA agentliyinin nümayəndəsi Volfqanq Nedomanski multimedia, internet jurnalistikası və sosial medianın qlobal problemlərinə həsr olunmuş tədbiri açaraq, konfransın əhəmiyyətindən danışıblar.

ABŞ-ın “Associated Press” agentiliyinin vitse-prezidenti Jim Kennedi məruzəsində yeni innovasiyaların tətbiqi, onlardan istifadənin perspektivləri və bütövlükdə internet jurnalistikasının ənənəvi media ilə qarşılıqlı əlaqələrini ətraflı şərh edib.

DPA agentiliyini nümayəndəsi Meinolf Ellers isə jurnalistikada və xəbər agentliklərində baş verən transformasiyalardan söz açıb.

“MINDS İnternational” aparıcı xəbər agentliklərinin global şəbəkəsidir. Onun əsas məqsədi üzvlər arasında yeni rəqəmsal medianın problemləri və innovativ texnologiyaların tətbiqi barədə təcrübə mübadiləsinin təşviqidir.


Teqlər:





Xəbər lenti