`Selfie` sözü Azərbaycanca nə ola bilər?

`Selfie` sözü Azərbaycanca nə ola bilər?
  11 Aprel 2014    Oxunub:1233
“Yəqin ki, “selfie” sözünün də Azərbaycan dilində qarşılığı tapılmalıdır”. Bunu AzVision.az-a açıqlamasında Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Nizami Cəfərov deyib.
O, vurğulayıb ki, Azərbaycan dilində adətən alınma sözlər bir müddət işlənir və tədricən onun qarşılığı tapılır: “İndi bununla bağlı xüsusi bir şey deyə bilmərəm, amma üzərində düşünmək lazımdır”.

Bununla bağlı təşəbbüsü göstərəcəyini qeyd edən Nizami Cəfərov deyib ki, öz ixtisasına uyğun olaraq dilə daxil olan xarici sözlərin Azərbaycan dilinə necə uyğunlaşdırılmasını düşünür: “Hər halda, xarici sözlər də paralel olaraq işlənir. Əgər uğurlu qarşılığı tapılmasa, xarici söz işlənəcək. Hələlik mənim “selfie” sözünün qarşılığı ilə bağlı konkret təklifim yoxdur, düşünmək lazımdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti