İçib Bulvarda özünü dənizə atdı

İçib Bulvarda özünü dənizə atdı
  05 May 2022    Oxunub:706
Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb. Araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti