Oğurluq edən bacı və qardaş tutuldu

Oğurluq edən bacı və qardaş tutuldu
  05 May 2022    Oxunub:1055
Bakıda bacı və qardaş bank kartından pul oğurlayıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti