Bakıda anbardan 60 minlik oğurluq edildi

Bakıda anbardan 60 minlik oğurluq edildi
  10 May 2022    Oxunub:838
Bakıda mağazanın anbarından 60 min manatlıq oğurluq edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60 min manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti