Qadın paltarı geyinib soyğunçuluq etdi

   Qadın paltarı geyinib soyğunçuluq etdi
  10 May 2022    Oxunub:830
Xızı Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs, Sitalçay kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək, hərəkətdə olan avtomobilləri saxladıb. Daha sonra isə qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər. Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, adları sadalanan şəxslərdən zərər çəkmiş şəxslər DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 226-54-54 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

AzVision.az



Teqlər:





Xəbər lenti