"70 il bu insanları kimsə dolandırmalıdır" - Nazir peşə seçməyən şagirdlərdən danışdı

   "70 il bu insanları kimsə dolandırmalıdır" -    Nazir peşə seçməyən şagirdlərdən danışdı
  10 İyun 2022    Oxunub:1433
"Bu gün ölkədə 16-17 yaşına çatanların təxminən 50 faizi heç bir peşə əldə etmir".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Azərbaycanda hər ilə 150 min uşaq doğulursa, demək onların 75 minin heç bir peşəsi olmur:

"Onlar 40 il əmək bazarında olur. Bu insanlar pensiya da almalı olacaq. Beləliklə, kimlərsə 70 il bu insanları iqtisadi baxımından dolandırmalıdır. Onlar ÜMD-də əlavə dəyər yaratmır".

Nazir qeyd edib ki, builki qəbul proqramı 50 mindən artıq olacaq:

"Say azdır. Amma göstərici əvvəlki illərlə müqayisədə yaxşıdır. Ümumilikdə, tələbələrin 60 faizdən dövlət hesabına, digərləri öz hesabına təhsil alır. Təhsil kreditlərinin olması vəziyyəti nisbətən yaxşılığa dəyişib. Lakin zamanla təhsil kreditlərinə belə təkmilləşdirmələrı ehtiyac yaranacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti