CNN: “Rusiya Ukraynada yeni hücuma hazırlaşır”

      CNN:    “Rusiya Ukraynada yeni hücuma hazırlaşır”
  15 May 2025    Oxunub:358
Ukraynada əlavə əraziləri ələ keçirmək üçün Rusiya mümkün yeni hücum üçün cəbhə xəttində əhəmiyyətli qüvvələr toplayır.
AzVision.az xəbər verir ki, ABŞ-nin son qiymətləndirmələri ilə tanış olan iki amerikalı məmura istinad edən “CNN” telekanalı belə məlumat yayıb.

“Birinci mənbəyə görə, rus komandirləri Ukraynanın şərqinə doğru irəliləmək üçün böyük zərbə qrupları yaratmağa çalışırlar. İkinci məmur Moskvanın mümkün qədər çox, hətta ola bilsin ki, Kiyevin ətrafına qədər ərazini ələ keçirməyə çalışdığını vurğulayıb”, - materialda deyilir.

ABŞ rəsmilərinin fikrincə, Rusiyanın əsas maneəsi Ukraynaya məxsus pilotsuz təyyarələr və minalanmış sahələr olaraq qalır ki, bu da sayca çox olsa belə, Rusiya qüvvələrinin qarşısını alır. Bununla belə, Ukrayna insan resurslarının çatışmazlığından da əziyyət çəkməsi onun müdafiəsini çətinləşdirir.

Eyni zamanda, ABŞ Rusiyanın mümkün dəstəyi ilə bağlı şayiələrə baxmayaraq, Şimali Koreyanın Ukraynadakı öz qoşunlarını əhəmiyyətli dərəcədə gücləndirməyə qadir olduğuna dair heç bir əlamət görmür.

Bu arada “Washington Post (WP)” Moskvanın ABŞ və Avropanın dərhal atəşkəslə bağlı çağırışlarından yayınaraq, gecikdirmə taktikasından istifadə etdiyini yazır. Beləliklə də, mümkün yeni hücum üçün vaxt qazanmağa çalışan Moskvanın Ukraynadakı münaqişənin həlli üzrə danışıqları bütün yay boyu uzada biləcəyinə diqqət çəkilir.

- Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarını relsdən çıxarmaqda günahlandırılmamağa çalışır, eyni zamanda irəliləyiş əldə olunmazsa, Donald Trampa Ukraynaya silah və kəşfiyyat tədarükünü kəsmək üçün şərait yaradır. Vaşinqton və Brüssel dərhal atəşkəsdə israrlıdır, lakin Kreml uzun sürən diplomatik oyuna hazır olduğunu nümayiş etdirir”, - qəztdə dərc olunan materialda vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   hücum  





Xəbər lenti