“1 iyun” nağılı: Sülh o zaman olacaq ki... – Ədalət Verdiyevin yazısı
// İrəvan 2022-cü ilin sentyabrında baş verənlərin Gorusda təkrarlanmasını israrla xahiş edir...
• Atəş hallarının davam etməsi Dığ kəndində və ətrafında yaşayan ermənilərin evlərindən uzaqda, alaçıqlarda, narahat piknik rejimində (İstisu variantına bənzər şəraitdə) yaşamaq imkanını təmin edəcək;
• Azərbaycan tərəfi ərazidə əldə edilən hərbi nailiyyətləri siyasi-diplomatik cəbhədə tətbiq edəcək, başqa sözlə, əvvəlki təkliflərin bəziləri masadan qaldırılacaq və ya mövcud şərtlər İrəvan üçün daha da sərtləşdiriləcək;
• Azərbaycana qarşı müqavimət potensialı olmayan Ermənistan təxribat fəaliyyətlərinin ağır nəticələrini proqnozlaşdırmaq niyyətində deyilsə, bunun günahını bizim tərəfdə axtarmasın. Belə çıxır ki, Azərbaycana kimsənin mane ola bilməyəcəyini bilə-bilə İrəvan 2022-cü ilin sentyabrında baş verənlərin Gorusda təkrarlanmasını israrla xahiş edir. Bizə isə bu xahişə nəzakətlə yanaşmaq qalır;
• Ermənistan rəhbərliyinin bütün siyasi təklifləri, o cümlədən, “Qarabağın statusu”, “Qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi”, “Qarabağda beynəlxalq missiya” və s. ideyaları tamamilə iflasa uğrayıb. Son 30 ayda bir Ermənistanın dənə də olsun təklifi yazılı sənədlərdə və ya şifahi bəyanatlarda yer almayıb. Paşinyanın özü deyib, Anna eşidib.
... İrəvan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyənə qədər nə regionda sülh olacaq, nə də Ermənistanda rahatlıq. 1 iyunda isə sülh müqaviləsi imzalanmayacaq, çünki Ermənistan dəfələrlə atəşkəsi pozmaqla və Azərbaycana qarşı ərazi iddiaları səsləndirməklə sülh prosesini dalana dirəyib.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Teqlər: Qarabağ Ermənistan Sülh