Qəzza Təmas Qrupu ABŞ səlahiyyətliləri ilə danışıqlar aparacaq

Qəzza Təmas Qrupu ABŞ səlahiyyətliləri ilə danışıqlar aparacaq
  04 Dekabr 2023    Oxunub:1331
Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Təmas Qrupu bu həftə Amerika administrasiyası ilə danışıqlar aparacaq.
Bu barədə "RİA" Novosti Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verib. "Biz bu həftə Birləşmiş Ştatlarda təmas qrupu danışıqlarının baş tutacağını gözləyirik"-deyə, mənbə bildirib.

Təmas Qrupu artıq Pekin, Moskva, London və Parisdə danışıqlar aparıb. Onun tərkibinə Türkiyə, İndoneziya, Nigeriya, İordaniya, Misir, Qətər və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri daxildir.

Qrupun bəzi danışıqlarında Fələstinin xarici işlər naziri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi də iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti