Çin ordusu ABŞ-ı ölkənin suverenliyini pozmaqda ittiham edib

Çin ordusu ABŞ-ı ölkənin suverenliyini pozmaqda ittiham edib
  04 Dekabr 2023    Oxunub:1369
ABŞ Hərbi Dəniz Qüvvələrinin sahil gəmisi “Gabrielle Giffords” mübahisəli Nanşa adaları yaxınlığındakı sularda olarkən Çin Xalq Respublikasının suverenliyini pozub.
Bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Tyan Cunli bildirib. Çin hərbçilərinin məlumatına görə, dekabrın 4-də “Gabrielle Giffords” gəmisi Çin hökumətindən icazə almadan Nanşa arxipelaqının yaxınlığındakı sulara daxil olub.

Onun sözlərinə görə, Vaşinqtonun Cənubi Çin dənizində gərginliyi qəsdən artırması Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozur: “Çin Hərbi Dəniz Qüvvələri Amerika gəmisinin hərəkətini izləmək üçün ehtiyat tədbirləri görüb.

ABŞ öz hərəkətləri ilə Cənubi Çin dənizi regionunda sülh və sabitliyə ən böyük təhlükə olduğunu tam şəkildə nümayiş etdirib. Ordumuz daim yüksək hazırlıq vəziyyətindədir, Cənubi Çin dənizində milli suverenliyi və təhlükəsizliyi, sülh və sabitliyi qətiyyətlə müdafiə edir”.

AzVision.az


Teqlər:





Xəbər lenti