İranda aclıq aksiyası keçirən məhbus xanımın vəziyyəti pisləşib

İranda aclıq aksiyası keçirən məhbus xanımın vəziyyəti pisləşib
  04 Dekabr 2023    Oxunub:1046
Evin həbsxanasında olan siyasi məhbus Zöhrə Sərunun vəziyyəti aclıq aksiyasına görə pisləşib.
AzVision.az Evin zindanında olan digər iki məhbus Sepideh Qalian və Məhbubə Rzayinin göndərdikləri məktuba istinadən xəbər verir ki, xanım Səru 2021-ci ildə məruz qaldığı haqsızlıqlara və Qərçək həbsxanasına 4 aylıq qeyri-insani sürgünə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Məktubda bildirilir ki, Zöhrə Sərunun işində hakim həbs müddətinin üçdə biri keçməsinə baxmayaraq, onu şərti azadlığa buraxmaqdan imtina edir. Hakimin etirazı isə iş üzrə müstəntiqin məhbus xanımın azadlığa çıxmasına razılaşmaması ilə bağlıdır.

Qeyd edək ki, xanım Səru noyabrın 23-dən etibarən Evin həbsxanasının qadın palatasında “şərti azadlığa buraxılma tələbinin qəbul edilməsi” tələbi ilə aclıq aksiyası keçirir.
AzVision.az


Teqlər: İran   məhbuslar  





Xəbər lenti