Radikal iranlılar Türkiyə konsulluğu önündə aksiya keçiriblər - VİDEO

Radikal iranlılar Türkiyə konsulluğu önündə aksiya keçiriblər    - VİDEO
  04 Dekabr 2023    Oxunub:1156
Bir qrup radikal tələbə İran hökumətinin sifarişi ilə Təbrizdə Türkiyə konsulluğunun binası önündə etiraz aksiyası keçirib.
Onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı şüarlar səsləndiriblər. Bu barədə SEPAH-a bağlı media kanalları məlumat yayıb.

Məlumata görə, aksiyaya Təbrizin müxtəlif universitetlərindən, o cümlədən İncəsənət Univesiteti, Şəhid Mədəni Universiteti, Mədəniyyət və Tibb Elmləri Universitetindən tələbələr qatılıblar.

Qeyd edək ki, SEPAH və ona bağlı yarımhərbi "Bəsic" təşkilatının üzvləri, hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyə prezidentini Qəzza sakinlərinə yardım etməməkdə ittiham ediblər.

"Sofia News"un yaydığı məlumata görə isə aksiyaya qoşulan məhdud sayda tələbəinin "Ərdoğan, qəzzalılardan utan!", “İsrailə ölüm olsun!” şüarları səaləndirmələri vətəndaşların etirazları ilə qarşılanıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti