İran: öldürülən hərbi müşavirlərin qisasını alacağıq
“İranın, eləcə də Suriyadakı hərbi müşavirlərimizin maraqlarına və təhlükəsizliyinə qarşı heç bir addım cavabsız qalmayacaq. Bu cür hallara reaksiya vermək təcrübəmiz var”, - Kənani deyib.
Qeyd edək ki, dekabrın 2-də SEPAH İsrail Hərbi Hava qüvvələrinin Dəməşqə raket zərbəsi endirməsi nəticəsində Suriyada yerləşdirilən iki hərbi məsləhətçisinin həlak olduğunu elan edib. Bu, İsrail və Fələstin arasında oktyabrın 7-də başlayan münaqişədən sonra SEPAH üzvləri arasında itkilərlə bağlı ilk rəsmi açıqlamadır.
AzVision.az