Dilan Polat: "İntihar etmək istəyirəm" |
Yoxlamalar zamanı Şaklo Xaydarovanın yaşayış icazəsinin müddətinin bitdiyi, Nərgizə Xaydarovanın isə 9 ay əvvəl turist vizası ilə daxil olduğu və qanunsuz yaşadığı müəyyən edilib.
Nəzarətə alınan iki şəxsin lazımi prosedurlardan sonra deportasiya olunmaq üçün Səlimpaşa Geri Götürmə Mərkəzinə təslim ediləcəyi bildirilib.
Xatırladaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polat çirkli pulların yuyulmasında ittiham olunurlar. Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb. İstintaq zamanı oktyabrın 12-də Dilan və Engin Polatın və onların qohumlarının bütün əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Onların Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsi var, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Cütlüyün iki övladı var.
Varlı cütlüyün cinayət işində yeni detallar üzə çıxıb - FOTO
Şahanə Rəhimli
AzVision.az