Simonyan KTMT-nın iclasından imtina etdi

   Simonyan KTMT-nın  iclasından imtina etdi
  05 Dekabr 2023    Oxunub:1063
Ermənistan parlamentinin sədri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) dekabrın 19-da Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan məlumat verib.
Ermənistan parlamenti Azərbaycan əleyhinə olan qanundan imtina etdi


"Alen Simonyan KTMT-nin Moskvada keçiriləcək iclasında iştirak etməyəcək. O, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə rəsmi məktub göndərərək məlumat verib. Ermənistan parlamentinin nümayəndə heyəti də iclasda iştirak etməyəcək",- mətbuat katibinin parlamentin saytında dərc olunmuş bəyanatında deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti