Ötən ay İranda ən azı 118 kolbar ölüb və ya yaralanıb

Ötən ay İranda ən azı 118 kolbar ölüb və ya yaralanıb
  05 Dekabr 2023    Oxunub:930
Noyabrda İranın qərbində ən azı 118 transsərhəd daşıyıcısı (kolbar) ölüb və ya yaralanıb ki, bu da əvvəlki ayla müqayisədə təxminən üç dəfə çoxdur.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, İran qeyri-qanuni transsərhəd ticarətə qarşı mübarizəni davam etdirdiyi üçün son bir ay ərzində biri 18 yaşdan aşağı olmaqla 118 kolbar ölüb, 14-ü azyaşlı olmaqla isə 110 nəfər xəsarət alıb.

Ölümlərin 93%-dən çoxu İran silahlı qüvvələrinin “birbaşa atəş” nəticəsində olub. 93 hadisə Kürdüstan əyalətində, 22-si Kirmanşah və 3-ü Qərbi Azərbaycanda baş verib.

Kolbar – qanuni və ya qeyri-qanuni yollarla İran, İraq, Suriya və Türkiyə sərhədlərindən kürəyində yük daşımaq üçün işə götürülən işçidir. Onların əksəriyyəti İran Kürdüstanında yaşayır, burada kürd əyalətləri ölkənin ən yoxsulları sırasında olan ərazilərdir.

Kolbarlıq, əsasən, qanunsuz hesab edildiyi üçün bu işçilərin sığortası, pensiya planları və həmkarlar ittifaqı yoxdur.
AzVision.az


Teqlər: İran   kolbarlar  





Xəbər lenti