Saridə üç bəhai həbs cəzası və sosial sanksiyalarla üzləşib

Saridə üç bəhai həbs cəzası və sosial sanksiyalarla üzləşib
  05 Dekabr 2023    Oxunub:982
İran hökumətinin bəluclara qarşı repressiya və ayrı-seçkilik siyasətinin acısını Sari şəhərində yaşayan daha üç bəhai vətəndaş dadıb.
AzVision.az “Hrana” insan haqları təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, Süha Sabiti adlı bəhai Sari İnqilab məhkəməsinin hökmünə əsasən, 33 ay həbs, 13 il təhsil və mədəni fəaliyyətdən məhrumetmə, habelə 37,5 milyon tümən cərimə ödəməyə məhkum edilib.

Sülha Sabiti “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrupa və ya izdihama üzv olmaqda” və “müqəddəs İslam qanunlarına zidd və ya onu pozan azğın maarifləndirmə və təbliğat fəaliyyətlərdə” günahlandırılır.

Həmçinin, digər Sari sakinləri—bəhailər Bəhruz Rəhmani və Sanaz Əlizadə Rövşənkuhi hər biri 25 milyon tümən cərimə ödəməyə məhkum olunublar. Bundan əlavə, onlar on il müddətinə təhsil və mədəniyyət fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib.
AzVision.az


Teqlər: İran   bəhailər  





Xəbər lenti