Filippində güclü zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib
  05 Dekabr 2023    Oxunub:1075
Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 29 min nəfər əhalisi olan Tandaq şəhərindən 74 km şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, dekabrın 2-də Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti